Şərtlər və Qaydalar
“Öyrən və Öyrət” platformasına qoşulan hər bir istifadəçi qeyd olunan şərtləri qəbul etmiş sayılır. İstifadəçilər, platformada qeydiyyatdan keçməklə şəxsi məlumatlarının toplanmasına və emal olunmasına razılıq verir.
Platformada paylaşılan bütün məlumatlar və məzmunlar müəllif hüquqlarına uyğun şəkildə istifadə edilməlidir. İstifadəçilər yalnız özlərinə məxsus və doğruluğu təmin edilmiş məlumatları paylaşmalıdırlar.
Platformada təhqir, təhdid və qeyri-etik davranışlar qadağandır. İstifadəçilər şifrə və hesab məlumatlarının təhlükəsizliyinə görə özləri cavabdehdirlər.
“Öyrən və Öyrət” istifadəçilərin şəxsi məlumatlarını üçüncü tərəflərlə paylaşmama öhdəliyi daşıyır. Platformada tədris materiallarının istifadəsi yalnız şəxsi təhsil məqsədləri üçün nəzərdə tutulub.
İstifadəçilərin yayımladığı materialların müəllif hüquqlarının qorunması onların öz məsuliyyətindədir. İstifadəçilər “Öyrən və Öyrət” platformasında yüklədikləri materialların qanunlara uyğun olduğunu təsdiq edir.
